İndoneziyada körpü çöküb, 3 nəfər ölüb

İndoneziyada körpü çöküb, 3 nəfər ölüb
# 25 sentyabr 2016 06:55 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın paytaxtı Cakartanın cənubunda körpü çöküb.

APA-nın “Jakarta Globe” qəzetinə istinadən verdiyi məlumata görə, piyadalar üçün nəzərdə tutulmuş körpünün çökməsi nəticəsində ən azı 3 nəfər ölüb.

İlkin məlumata görə, körpünün çökməsinə səbəb güclü küləklə müşayiət edilən leysan yağışlar olub. Ancaq Cakarta qubernatoru Basuki Çaxaya körpünün reklam lövhələri ilə həddən arıq yüklənib-yüklənmədiyinin araşdırılması üçün də tapşırıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR