Braziliyada son sutka ərzində daha 34 177 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 046 328 nəfər yoluxub. Bu müddət ərzində 77 851 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1163 nəfər olub.
Həmçinin bu günədək 1 321 036 xəstə müalicə olunaraq sağalıb.
Qeyd edək ki, Braziliya COVID-19 infeksiyasına yoluxanların və bu virusdan ölənlərin sayına görə dünyada ikinci yerdədir.