Bank Of Baku

Almaniyada "Microsoft" sistemindəki nasazlıq 15 nəfərin xlorla zəhərlənməsinə səbəb olub

Almaniyada "Microsoft" sistemindəki nasazlıq 15 nəfərin xlorla zəhərlənməsinə səbəb olub
# 15 noyabr 2026 01:24 (UTC +04:00)

Almaniyanın qərbində yerləşən Brül şəhərində istirahət və əyləncə parkında 15 nəfər xlorla zəhərlənib.

“WDR” teleradio şirkətinin məlumatına görə, hadisəyə “Microsoft” korporasiyasının xidmətlərində yaranan texniki nasazlıq səbəb olub.

Bildirilib ki, parkın ərazisindəki otelin hovuzunda xlor sızması baş verib. İlkin araşdırma zamanı hadisənin hovuzdakı texniki nasazlıqla əlaqəli olduğu müəyyənləşdirilib.

Məlumata əsasən, hovuzda xlorun miqdarını avtomatik tənzimləyən və normadan artıq olduqda xəbərdarlıq göndərən sistem quraşdırılıb. Lakin xəbərdarlıqlar elektron poçt vasitəsilə, “Microsoft Outlook” proqramı üzərindən göndərildiyindən şirkətin xidmətlərindəki nasazlıq səbəbindən sistem vaxtında xəbərdarlıq edə bilməyib.

“Bild” qəzetinin məlumatına görə, zərərçəkənlər tənəffüs yollarında qıcıqlanma və boğaz ağrısından şikayət ediblər.

Zəhərlənənlərdən 4-ü xəstəxanaya yerləşdirilib, digər 11 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR