Azərbaycanda minik avtomobillərinin istehsalı 68%-dən çox azalıb

Azərbaycanda minik avtomobillərinin istehsalı 68%-dən çox azalıb
# 16 oktyabr 2015 11:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahələrində 236,7 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin

yanvar-sentyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 32,3%, nəqliyyat vasitələrinin istehsalı 1,3%, avtomobil və qoşquların istehsalı isə 13,1% azalıb.

Belə ki, ötən doqquz ay ərzində Azərbaycanda 562 ədəd minik avtomobili istehsal edilib. Bu, 2014-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 68,4% azdır. Nəticədə bu ilin oktyabr ayının 1-nə 292 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən 9 ay ərzində ölkədə 251 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,3% çoxdur.

Bundan başqa, ötən aylar ərzində 509 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Nəticədə bu ilin oktyabrın 1-nə 73 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Yanvar-sentyabr aylarında 754 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 24,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR