Konqoda 30 mülki şəxs kütləvi qətlə yetirilib

Konqoda 30 mülki şəxs kütləvi qətlə yetirilib
# 14 avqust 2016 13:26 (UTC +04:00)

Bakı-APA. Konqo Demokratik Respublikasında 30 mülki şəxs kütləvi şəkildə qətlə yetirilib.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə şənbə günündən bazar gününə keçən gecə Şimali Kiva əyalətinin Beni şəhərində baş verib.

Dinc sakinlərin Demokratik Qüvvələr İttifaqı - Uqandanın Milli Azadlıq Ordusu tərəfindən qətlə yetirildiyi ehtimal edilir. Konqo ordusunun təmsilçisi leytenant Mak Azukay mülki şəxslərin cəsədlərinin hərbçilər tərəfindən aşkarlandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR