ADU-da yəhudilərin Xanuka bayramı ilә әlaqәdar tәdbir keçirilib

ADU-da yəhudilərin Xanuka bayramı ilә әlaqәdar tәdbir keçirilib
# 10 dekabr 2015 13:23 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. Azәrbaycan Dillәr Universitetinin Şәrq vә İsrail Araşdırmaları Mәrkәzindә yəhudilərin Xanuka bayramı ilә әlaqәdar tәdbir keçirilib.

APA-nın xəbərinə görә, tәdbirdә ivrit dili üzrә tәhsil alan tәlәblәr bayramın vә İsrailin tarixi barәdә mәlumatlar veriblәr, uşaqlar ivrit dilindә mahnılar oxuyublar. Daha sonra çıxış edәn ADU-nun rektor әvәzi Dünyamin Yunusov universitetdә 22 dil üzrә tәhsil verildiyini vә 17 dil mәrkәzinin, o cümlәdәn Yaxın Şәrq vә İsrail Araşdırmalar Mәrkәzinin fәaliyyәt göstәrdiyini deyib.

İsrailin Azәrbaycandakı sәfiri Dan Stav Xanuka bayramının qәdim yәhudi bayramı olduğunu bildirib: "Bu bayramı Bakıda qeyd etmәyin xüsusi mәnası var. Azәbaycan hәr bir xalqa dözümlülük nümayiş etdirәn dövlәtdir və müstәqillik әldә etdikdәn sonra bu siyasәti uğurla davam etdirib. Azәrbaycandakı yәhudi cәmiyyәti heç vaxt yad yanaşma hiss etmәyib vә adәt-әnәnәsini rahat şәkildә yerinә yetirib”.

D. Stav mәrkәzә kitablar toplusu hәdiyyә edib. Universitet dә öz növbәsindә sәfirә Azәrbaycan rәqs vә ornamentlәrindәn ibarәt disk tәqdim edib. Sonda tәlәbәlәr, müәllim heyәti vә qonaqlara İsrail yemәklәrindәn nümunәlәr tәqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR