Bakı metrosunun fərqlənən əməkdaşları mükafatlandırılıb

Bakı metrosunun fərqlənən əməkdaşları mükafatlandırılıb
# 29 mart 2016 13:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Metropolitençilərin sosial-mədəni rifahının yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə “Bakı Metropoliteni” QSC-də həyata keçirilən tədbirlər planı Novruz bayramı günlərində də davam etdirilib.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, Metropoliten İşçiləri Həmkarlar İttfaqı ilə birlikdə bayram ərəfəsində bütün metropolitençilərə də bayram sovqatlarının paylanmasından savayı, işçilərin mədəni istirahətinin təşkili istiqamətində də addımlar atılıb.

Əməkdə fərqlənən 44 metropolitençi martın 22-dən 26-dək Türkiyənin İstanbul şəhərinə 4 günlük tətilə göndərilib. İşçilər dünya mədəniyyətinin nadir inciləri sayılan məşhur “Sultan Əhməd məscidi”ni və “Ayasofya muzeyi”ni, “Topqapı sarayı”nı, həmçinin Türkiyə və Osmanlı coğrafiyasına həsr olunmuş maketlərin yer aldığı “Miniatürk parkı” və “İstanbul Akvariumu”na səfər ediblər.

Bayram günlərində metropolitençilərin səfalı bölgələrimizə səfərləri də təşkil olunub. Martın 22-dən 26-dək 114 nəfər Lerikin “Meşəbəyi” istirahət zonasına və 36 nəfər isə Qəbələnin “Qafqaz” istirahət mərkəzinə göndərilib. Sözügedən rayonların tarixi, mədəniyyət mərkəzlərini ziyarət edən işçilərimiz ailə üzvləri ilə birlikdə xoş istirahət ediblər.

Martın 19-u, ənənə üzrə, Şamaxı və Ağdam rayonlarında məskunlaşan qaçqın və məcburi köçkün ailələrinə Novruz bayramı münasibəti bayram sovqatı göndərilib. Metropolitençilərin nümayəndə heyəti doğma ocaqlarından məhrum olmuş insanları “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun və MİHİ-nin sədri Arif Mərdanovun adından Novruz bayramı münasibətilə təbrik edib, gələn bayramları öz doğma ocaqlarında qarşılamağı arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR