“Əl-Qaidə” Fil Dişi Sahilində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

“Əl-Qaidə” Fil Dişi Sahilində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
# 14 mart 2016 00:37 (UTC +04:00)


Bakı-APA. "İslam Məğribi ölkələrində əl-Qaidə" terror qruplaşması Fil Dişi Sahilində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ölkə prezidenti Lassana Uattara bəyan edib ki, terror aktı nəticəsində 14-ü mülki şəxs olmaqla 16 nəfər ölüb.

Qran-Bassam kurort şəhərində baş vermiş qanlı insident zamanı 6 silahlı məhv edilib.


Fil Dişi Sahilinin daxili işlər naziri Hamed Bakayoko ölənlərdən ikisinin əcnəbi vətəndaş olduğunu (1 Almaniya və 1 Fransa vətəndaşı) təsdiqləyib.


Qeyd edək ki, hücum “Etoile du Sud” hotelinin yaxınlığında yerləşən çimərlikdə baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR