ABŞ-a məxsus sərnişin təyyarəsi məcburi eniş edib

ABŞ-a məxsus sərnişin təyyarəsi məcburi eniş edib
# 26 dekabr 2015 00:30 (UTC +04:00)

Bakı-APA. ABŞ-a məxsus "Commutair" şirkətinin təyyarəsi Roçester şəhərinin hava limanında məcburi eniş edib.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, mühərriklərinin birində yaranan nasazlıq səbəbindən təyyarə hava limanına qayıdıb.

Təyyarənin Roçester-Vaşinqtona marşrutu ilə uçduğu bildirilir. Göyərtədə olan sərnişinlərin sayı və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR