Yevlaxda məktəbin qarşısında bacısını öldürən qardaş tutulub

Yevlaxda məktəbin qarşısında bacısını öldürən qardaş tutulub
# 13 yanvar 2016 10:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Yevlaxda törədilən qətllə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 12-də Yevlax şəhəri ərazisində üzərində bıçaq xəsarətləri olan 25-30 yaşlı qadın meyiti tapılıb.
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində onun şəhər sakini Ahu Hüseynova olması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin qadının qardaşı Veys tərəfindən qısqanclıq zəminində törədilməsi müəyyən edilib və o, tutulub.

Qeyd edək ki, məlum hadisə Yevlaxda 2 saylı musiqi məktəbinin qarşısında qeydə alınıb.

Məktəbdə müəllimə işləyən 35 yaşlı Süleymanova Ahu Nadir qızı məktəbin binası qarşısında qardaşı Hüseynov Veysəl Nadir oğlu tərəfindən bıçaqlanıb. A. Süleymanova hadisə yerində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR