Los Ancelesda axtarışda olan erməni yaxalanıb

Los Ancelesda axtarışda olan erməni yaxalanıb
# 05 yanvar 2016 10:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ-ın Los Anceles polisi axtarışda olan Artyom Qasparyan adlı şəxsi saxlayıb.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə ABC telekanalı məlumat yayıb. 37 yaşlı şübhəli saxlanılarkən yaralanıb və təcili yardıma təhvil verilib. Əməliyyat keçirilərkən yol hərəkəti bir neçə saatlığa dayandırılıb.

A. Qasparyan odlu silahdan istifadə ilə bağlı silsilə cinayətlərdə ittiham edilir. Hüquq-mühafizə orqanları onu ötən ilin dekabrında "Panarama City"də baş verən qətllə əlaqəli olmaqda, "Berbank"dakı qanlı atışmada və 37 yaşlı qadının ölümündə təqsirləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR