Şahin Mustafayev Belarusun yeni səfiri ilə görüşüb

Şahin Mustafayev Belarusun yeni səfiri ilə görüşüb
# 18 sentyabr 2015 16:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarusun ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulan Azərbaycan-Belarus əlaqələrinin müxtəlif sahələrdə uğurla davam etdiyi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında lazımi müqavilə-hüquqi baza formalaşıb və hazırda uzunmüddətli əməkdaşlığa dair sənəd üzərində iş aparılır. Ş. Mustafayev qeyd edib ki, Azərbaycan və Belarus arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilsə də, bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş potensial mövcuddur.

Azərbaycanda Belarus kapitallı müəssisələrin uğurla fəaliyyət göstərdiyini qeyd edən nazir sənaye, kənd təsərrüfatı, əczaçılıq, maşınqayırma sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb.

G. Axramoviç isə fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini vurğulayıb. Belarus iqtisadiyyatı barədə məlumat verən səfir ölkələrimiz arasında kənd təsərrüfatı, İKT və s. sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR