Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşası nümayiş olunacaq

Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşası nümayiş olunacaq
# 19 oktyabr 2015 14:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Akademik Milli Dram Teatrında görkəmli rus yazıçısı və dramaturqu Nikolay Qoqolun “Müfəttiş” əsərinin məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, əməkdar artistlər Elxan Quliyev, Pərviz Bağırov, Kazım Abdullayev, Aslan Şirin, Şəlalə Şahvələdqızı, Elşən Cəbrayılov, Kazım Həsənquliyev, Əsgər Məmmədoğlu, aktyorlar Elnur Qədirov, İlahə Həsənova, Tofiq Hüseynov, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Cümşüd Zeynalov iştirak edir.

Səhnə əsərinin premyerasının yaxın vaxtlarda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, M.Mikayılov Akademik Milli Dram Teatrında “Xanuma”, “Şah və şair, “İlahi oyun” tamaşalarına quruluş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR