Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 mln. manat ayrılacaq

Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 mln. manat ayrılacaq
# 15 sentyabr 2015 08:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Gələn il Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 mln. manat vəsait nəzərdə tutulub.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Sənəddə qeyd olunur ki, bu vəsait kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə kreditlərin verilməsinə yönəldiləcək.

Xatırladaq ki, 2015-ci ildə də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 mln. manat vəsaitin ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR