"Expressbank" müştərilərinə 100 dollar qazandırır

"Expressbank" müştərilərinə 100 dollar qazandırır
# 18 noyabr 2015 07:45 (UTC +04:00)

Bakı - APA-Economics. "Expressbank" "Western Union" təcili pul köçürmə sistemi ilə birgə “Western Union ilə daha varlı“ adlı aksiya keçirir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiyanın ilk mərhələsində “Expressbank”ın 10 müştərisi 100 dollar qazanıb.

Aksiyanın şərtlərinə görə, “Expressbank” filiallarında bu sistemlə pul göndərən və ya alanlar aksiyada iştirak edib, 100 ABŞ dolları qazanmaq şansı əldə edirlər. Aksiya 30 dekabr 2015-ci il tarixinədək davam edəcək.

Aksiyada iştirak etmək istəyənlər www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində olan applikasiya (“Использовать приложение” düyməsi) vasitəsilə qeydiyyatdan keçməlidirlər. Hər növbəti ayın 5-də püşkatma yolu ilə qaliblər müəyyən olunacaq. Aksiya müddətində 120 hədiyyənin təqdim edilməsi nəzərdə tutulub. Aksiya barədə ətraflı məlumat üçün – http://mta.gpi-company.com/az/regulation.html.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 300-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR