Bakıda “Əzab” filminin premyerası keçiriləcək

Bakıda “Əzab” filminin premyerası keçiriləcək
# 27 aprel 2016 09:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda “Əzab” türk filminin premyerası keçiriləcək. APA-nın məlumatına görə, ekran əsərinin ilk nümayişi aprelin 28-də “Cinema Plus” və “Aygün City” kinoteatrında keçiriləcək.

Mayın 1-də isə film Gəncədə - “Xəmsə Park” və “Cinema Plus” kinoteatrlarında təqdim olunacaq.

Filmə rejissorlar Dilek Keser və Ulaş Güneş Kaçargil quruluş verib. Ekran əsərində əsas rolları İrem Deniz, Ayşe Selen, Dilşah Demir, Sonya Dicle Akbaş, Ayşin Yeşim Çapan ifa edir.

Qorxu janrında çəkilən “Əzab” real hadisələr üzərində qurulub. Filmin operatoru İlker Berke, musiqi müəllifi Saki Çimendir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR