Yazıçılar Birliyi şair Salam Sarvanın birliyin üzvlüyündən çıxmağına rəsmi münasibət bildirib

Yazıçılar Birliyi şair Salam Sarvanın birliyin üzvlüyündən çıxmağına rəsmi münasibət bildirib
# 16 oktyabr 2015 10:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyi (AYB) şair Salam Sarvanın birliyinin üzvlüyündən çıxmağına rəsmi münasibət bildirib. AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yazıçılar Birliyi könüllü təşkilatdır: “Salam Sarvan bu barədə qərarını öz “facebook” səhifəsində elan edib. Azərbaycan Yazıçılar Birliyi 80 illik fəaliyyəti olan, çoxsaylı qələm sahiblərini özündə birləşdirən könüllü təşkilatdır. Birlik üzv olmaq üçün müraciət edən insanlara da, səbəbindən asılı olmayaraq üzvlükdən ayrılmaq istəyən insanlara da hörmətlə yanaşır. Yayılmış xəbərlərdə qeyd olunub ki, Salam Sarvan AYB-dən ayrılmağının səbəbini açıqlayarkən heç kəsdən incimədiyini və kimlərəsə acıq etmədiyini bildirib. Bildiririk ki, Yazıçılar Birliyinin də şair Salam Sarvanla heç bir problemi yoxdur və ona gələcək həyatında uğurlar arzulayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR