Liviya ordusu “neft qövsü”nə nəzarəti təmin edib

Liviya ordusu “neft qövsü”nə nəzarəti təmin edib
# 11 sentyabr 2016 16:44 (UTC +04:00)

Bakı-APA. Bu gün Xəlifə Xaftarın komandanlığı ilə Liviya ordusu Aralıq dənizi sahilindəki əsas limanlara nəzarəti təmin edib.

APA-nın “Sputnik" agentliyinə istinadən verdiyi məlumata görə, əsas limanların olduğu və “neft qövsü” adlanan ərazi Sirt şəhərindən şərqdə, Aralıq dənizi sahilində yerləşir.

Liviya ordusu Es-Sidr, Breqa, Ras-Lanuf limanlarına, o cümlədən Zuveytina neft yataqlarının 80 faizinə nəzarəti təmin edib. Liviyanın neft ehtiyatlarının əsas hissəsi bu ərazidədir. Son dövrlər “neft qövsü”nə paytaxt Tripolidəki Milli Razılıq Hökumətinə loyal qüvvələr nəzarət edib. Ancaq ölkənin şərqinə nəzarət edən və parlamenti əsas hakimiyyət orqanı sayan Liviya ordusunun komandanı Xəlifə Xaftar indiyə qədər “neft qövsü”nə nəzarət edən qruplaşmaları qanunsuz qruplaşmalar adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR