Tərcümə Mərkəzinin elan etdiyi “Yeni Söz” müsabiqəsi baş tutmayıb

Tərcümə Mərkəzinin elan etdiyi “Yeni Söz” müsabiqəsi baş tutmayıb
# 05 yanvar 2016 13:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin elan etdiyi “Yeni Söz” müsabiqəsi baş tutmayıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, müsabiqənin baş tutmamasının səbəbi təqdim olunan əsərlərin sayının azlığı və nümunələrin müvafiq tələblərə cavab verməməsidir.

Qeyd edək ki, müsabiqəyə əsər qəbulu oktyabr ayında başlamışdı. Qaydalara əsasən ən yaxşı poeziya, nəsr, esse nominasiyası üzrə birinci yerə 2000 manat, ikinci yerə 1000 manat, üçüncü yerə isə 500 manat mükafat təyin edilmişdi. Qaliblərin adının mayın 25-də keçiriləcək mükafatlandırma mərasimində elan olunması planlaşdırılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR