Kukla Teatrı “Muraveynik” festivalında çıxış edəcək

Kukla Teatrı “Muraveynik” festivalında çıxış edəcək
# 11 aprel 2016 08:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 15-19 aprel tarixlərində Rusiyada baş tutacaq XI Beynəlxalq “Muraveynik” kukla teatrları festivalında çıxış edəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalda 15-dən artıq kukla teatrı, o cümlədən, Türkmənistan, Qazaxıstan, Dağıstan və digər ölkələrin teatrları çıxış edəcəklər.

Festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iştirak edəcək kollektiv tamaşaçılar qarşısında “Ağ və Qara” tamaşasını göstərəcək. Kamran Şahmərdanın quruluş verdiyi tamaşada əsas rolları Rəhim Rəhimov, İqbal Əiliyev, Cavid İbrahimov və Lina Məmmədova ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR