Rusiya DİN: Moskvanın mərkəzində baş verən partlayışa səbəb əldəqayırma bomba ola bilər

Rusiya DİN: Moskvanın mərkəzində baş verən partlayışa səbəb əldəqayırma bomba ola bilər
# 07 dekabr 2015 22:04 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Moskvanın mərkəzində avtobus dayanacağında baş verən partlayışa səbəb əldəqayırma bomba ola bilər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Daxili İşlər Nazirliyinin şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.

"İlkin ehtimallara görə, Pokrovka küçəsində yerləşən avtobus dayanacağında baş verən partlayışa səbəb həmin yerdən keçən avtomobildən atılan və ya çoxmərtəbəli binanın pəncərəsindən atılan əldəqayırma bomba ola bilər",deyə Qaliakberov söyləyib.

Qeyd edək ki, bu gün gecə saatlarında Moskvanın Pokrovka küçəsin 19 ünvanında yerləşən avtobus dayanacağında partlayış baş verib. Hadisə nəticəsində 3 qadın qəlpə yaraları alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilib. Hazırda hadisə yeri dövriyyəyə alınıb, əraziyə kənar şəxslər buraxılmır. Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.

Faktla bağlı "xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb, araşdrıma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR