Ötən ay avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1,5 mln. manata yaxın sığorta ödənişi edilib

Ötən ay avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1,5 mln. manata yaxın sığorta ödənişi edilib
# 02 noyabr 2015 10:10 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics 2015-ci ilin oktyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkətləri tərəfindən 1 172 sığorta tələbi üzrə 1,5 mln. manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilib.

Bürodan “APA-Economics”ə verilən məlumata əsasən, zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olub:

2015-ci ilin oktyabr ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 169 manat təşkil edib.

Ümumilikdə, 2015-ci lin 10 ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İSB-nin iştirakçı sığorta şirkətləri tərəfindən 16 030 sığorta tələbi üzrə 19,6 mln. manat yaxın məbləğdə sığorta ödənişi həyata keçirilib.

Oktyabr ayında İSB tərəfindən 18 kompensasiya tələbi üzrə 49 550 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Ümumilikdə, İSB tərəfindən yanvar-oktyabr ayları ərzində 84 kompensasiya tələbi üzrə 279 946 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR