Misirdə sərnişin qatarı qəzaya uğrayıb, 5 nəfər ölüb, 27 nəfər yaralanıb

Misirdə sərnişin qatarı qəzaya uğrayıb, 5 nəfər ölüb, 27 nəfər yaralanıb
# 08 sentyabr 2016 02:17 (UTC +04:00)

Bakı-APA. Misirin Qiza şəhəri yaxınlığında sərnişin qatarı qəzaya uğrayıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, üç vaqonun aşması nəticəsində 5 nəfər ölüb, 27 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb.

Qeyd edək ki, 2002-ci ildə Qiza şəhərində sərnişin qatarının qəzaya uğraması və yanması nəticəsində 350 nəfər ölüb. 2009-cu ildə isə iki qatarın toqquşması nəticəsində 30 nəfər həyatını itirib, 60 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR