“Gəncəbank” aktivlərini 7% artırıb

“Gəncəbank” aktivlərini 7% artırıb
# 03 noyabr 2015 12:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Gəncəbank” ın aktivlərinin həcmi 2015-ci ilin III rübündə 141,080 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,28% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 17,89% artaraq 132,441 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 497,97 min manat təşkil edib ki, bu da 2014-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 44,26% azdır.

Bankın ipoteka kreditlərinin həcmi oktyabrın 1-nə 26,809 mln. manat olub ki, bu da bir il əvvəl ilə müqayisədə 21,51% çoxdur.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin 15,232 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 92,15% çoxdur.

Bankın depozit portfeli hesabat dövrü ərzində 23,3% azalaraq 4,048 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 3,346 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 30,53% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 3,1% azalaraq 51,173 mln. manat təşkil edib, bankın nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat olub.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 56,29% azalaraq 5,373 mln. manat, xərcləri isə 25,19% azalaraq 7,940 mln. manat olub.

Cari ilin doqquz ayını bank 2,567 mln. manat zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 5 filialı, 6 bankomatı, 21 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR