İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarışı alınıb

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarışı alınıb
# 09 mart 2016 10:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi “Scania” markalı sərnişin avtobusundakı yüklərə rentgen qurğusu ilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, baxış zamanı avtobusun yük yerindən boşaldılan üzəri dəri örtüklü yastığın içərisindəki parça və sellofan kəsiklərinin arasında kürə formalı 1 ədəd kütlə aşkar olunub. Həmin kütlə açıldıqda isə içərisində üzəri toz halında istiotla örtülü daha bir kürə formalı bükümdə, xalis çəkisi 495 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR