ARDNF VTB-dəki payını artırmayacaq

ARDNF VTB-dəki payını artırmayacaq
# 18 mart 2016 14:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) VTB-dəki payını artırmaq niyyətində deyil. Bu barədə ARDNF-dən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib.

Xatırladaq ki, Rusiya hökuməti dövlətin VTB-dəki payını 10,9% azaltmaq niyyətində olduğunu bəyan edib. Bununla belə, nəzarət paketi yenə də dövlətdə qalacaq.

Qeyd edək ki, Rusiya Federasiyanın Dövlət Əmlakının İdarəedilməsi üzrə Federal Agentliyi VTB-də 60,93%-lik səhmə malikdir. Azərbaycan Dövlət Neft Fondu bankda 2,95%-lik səhm paketinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR