Zakir Həsənov Cibuti müdafiə naziri ilə görüşüb

Zakir Həsənov Cibuti müdafiə naziri ilə görüşüb
# 27 sentyabr 2016 14:16 (UTC +04:00)

Bakı-APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun "ADEX 2016" ikinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Cibuti Respublikasının müdafiə naziri Əli Hassan Bahdon ilə görüşü olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, görüşdə ölkələr arasında hərbi sahədə əməkdaşlığın ümumi konturları müəyyən edilib. Hərbi-texniki əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR