Mingəçevirdə “KaMAz” 63 yaşlı kişini vurub öldürüb

Mingəçevirdə “KaMAz” 63 yaşlı kişini vurub öldürüb
# 29 sentyabr 2016 18:07 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində, Kür çayı üzərindəki körpünün yanında qeydə alınıb. Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Mahmudov Eşqin Yusif oğlu idarə etdiyi 20-CO-973 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsindəki 20 saylı mənzildə yaşayan 1953-cü il təvəllüdlü Rıbkin Vladimir Andreyeviçi vurub. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR