Azərbaycanda sənədli adlı investisiya qiymətli kağızları buraxılacaq

Azərbaycanda sənədli adlı investisiya qiymətli kağızları buraxılacaq
# 24 iyun 2016 10:27 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda sənədli adlı investisiya qiymətli kağızları buraxılacaq.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən növbədənkənar plenar iclasında qəbul edilən Mülki Məcəlləyə dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Mülki Məcəlləyə əsasən istiqrazlar və səhmlər investisiya qiymətli kağızlardır. İnvestisiya qiymətli kağızları buraxılışlarda yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. İndiyə qədər investisiya qiymətli kağızları sənədsiz adlı formada buraxılıb. Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən investisiya qiymətli kağızları həm sənədsiz, həm də sənədli olmaqla adlı formada buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR