Qusar sakini dənizdə batıb

Qusar sakini dənizdə batıb
# 25 avqust 2016 08:50 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xəzər dənizinin Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisindəki hissəsində bir nəfər dənizdə batıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayon Yasab kənd sakini, 1990-cı il təvəllüdlü Xalidov Teymur Aydın oğlu avqustun 25-də gecə saatlarında, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıdakı nəzarətsiz ərazidə, dənizdə batıb. Batan şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunub.

Aparılan axtarışlar nəticəsində T. Xalidovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR