Serbiya millisinin avtobusu Albaniya paytaxtında daşa basılıb

Serbiya millisinin avtobusu Albaniya paytaxtında daşa basılıb
# 08 oktyabr 2015 14:26 (UTC +04:00)

Bakı-APA. Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Albaniya ilə qarşılaşacaq Serbiya yığması Tiranada yaxşı qarşılanmayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, qonaqların avtobusu yerli fanatlar tərəfindən daşa basılıb.

Hadisədən çaş-baş qalan serblər daşların kimlər tərəfindən atıldığını anlamayıblar. Bakı vaxtı ilə 23:45-də start götürəcək qarşılaşmada yerli fanatların insident törədəcəkləri istisna olunmur.

Qeyd edək ki, bu komandaların ilk görüşü yarımçıq dayandırılmışdı. Buna səbəb meydana Albaniya bayrağının həkk olunduğu uçan əşyanın buraxılması idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR