ATƏT Parlament Assambleyasının prezidenti əfv sərəncamını alqışlayıb

ATƏT Parlament Assambleyasının prezidenti əfv sərəncamını alqışlayıb
# 17 mart 2016 23:17 (UTC +04:00)

Bakı-APA. ATƏT Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanerva və ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İsabel Santos Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 148 nəfərin azadlığa buraxılmasını alqışlayıblar.

ATƏT-dən APA-ya verilən məlumata görə, ATƏT PA prezidenti Azərbaycanda atılmış müsbət addımdan çox məmnun olduğunu bildirib.

“Prezident İlham Əliyevin böyük qrup insanların azad edilməsinə dair qərarını alqışlayıram. Biz Azərbaycanın ATƏT çərçivəsində öhdəliklərinin daha da uğurla yerinə yetirməsi üçün təşviq edəcəyik və ümid edirəm ki, Azərbaycanla konstruktiv dialoq gələcəkdə də davam etdiriləcək”,- deyə Prezident Kanerva vurğulayıb.

Qeyd edək ki, ATƏT PA-nın yüksək rütbəli nümayəndə heyəti bu ilin yanvar ayında Azərbaycana səfər edib, Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, XİN rəhbəri Elmar Məmmədyarov, Azərbaycanın ATƏT PA-dakı nümayəndəliyinin üzvləri ilə görüşüblər.

Qeyd edək ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 148 məhbus azadlığa qovuşub. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR