Putinin Türkiyə səfərinin vaxtı və məqsədi açıqlanıb - YENİLƏNİB

Putinin Türkiyə səfərinin vaxtı və məqsədi açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 28 sentyabr 2016 14:17 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfərinin vaxtı və məqsədi açıqlanıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu V. Putinin Türkiyəyə oktyabrın 11-də səfər edəcəyini açıqlayıb.

Səfərin məqsədi Türkiyə-Rusiya Birgə İqtisadi Komissiyasının iclasında iştirak etməkdir.

***

saat 14.37

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin oktyabr ayında Türkiyəyə səfər edə bilər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Bu səfərin mümkünlüyünü istisna etmirəm. Hazırlıqlar başa çatandan sonra biz bu barədə müvafiq bəyanat verəcəyik", - deyə D. Peskov deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub.

Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR