Azərbaycanın Olimpiya yığma komandasının üzvləri Braziliyaya yola düşüb

Azərbaycanın Olimpiya yığma komandasının üzvləri Braziliyaya yola düşüb
# 02 avqust 2016 03:09 (UTC +04:00)

Bakı-APA. Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın və Azərbaycan nümayəndə heyətinin Braziliyaya yolasalma mərasimi keçirilib.

APA TV-nin məlumatına görə, XXXI Yay Olimpiya Oyunlarında yığma komandamız əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunacaq. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.

Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq.

Son zamanlar dünya ictimaiyyətini narahat edən “Zika” virusundan idmançılarımızı qorumaq məqsədilə İdman Tibb Diaqnostika və Reabilitasiya İnstitutundan içərisində ağcaqanad əleyhinə sprey, kremlər və s. tibbi ləvazimatlar olan 100-dən çox çanta sifariş olunub. Sözügedən ləvazimatlar idmançılara və nümayəndə heyətinin digər üzvlərinə paylanılıb.

Azərbaycan komandasının Olimpiya kəndində salamlanması və bayrağımızın qaldırılması mərasimi bu gün keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR