Yol qəzasında vəfat edən şəxsin ailəsinə kompensasiya verilib

Yol qəzasında vəfat edən şəxsin ailəsinə kompensasiya verilib
# 12 may 2016 17:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, 31 avqust 2013-cü il tarixində saat 21:00 radələrində, Bakı-Şamaxı-Yevlax yolunun 208-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşlarına 5000 manat məbləğində kompensasiya ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR