Avrokuboklarda pley-off mərhələsi start götürür

 Avrokuboklarda pley-off mərhələsi start götürür
# 15 avqust 2016 12:20 (UTC +04:00)

Bakı – APA. Sabah avrokuboklarda pley-off mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün ərzində 32 qarşılaşma baş tutacaq.

Bu oyunlardan 10-u Çempionlar Liqası, 22-si Avropa Liqasında keçiriləcək. Hər iki turnirdə qrup mərhələsinə düşməkdə iddialı olanlar ilk görüşlərdə münasibətlərini aydınlaşdıracaq.

Qitənin ən nüfuzlu klub turnirində görüşlərdən 5-i sabah, 5-i ertəsi gün oynanılacaq. Çempionlar Liqasının ən böyük maraq doğuran cütləri “Porto” - “Roma” və “Vilyarreal” - “Monako” görüşlərində pireneylilər meydan sahibi olacaq.

Avropa Liqasının pley-offu avqustun 17-də başlayacaq. Həmin gün 1 görüş keçiriləcək. Ertəsi gün daha 21 qarşılaşma baş tutacaq. Azərbaycan azarkeşləri eyni saatda başlayacaq matçlarda “Qəbələ” və “Qarabağ”a azarkeşlik edəcək. Sonuncular İsveç səfərində “Höteborq”un qonağı olacaq. “Qəbələ” isə Sloveniya “Maribor”u ilə ev oyununda qüvvəsini sınayacaq.

Qonşu Türkiyənin hər üç komandası da eyni gündə meydana çıxacaq. “Osmanlıspor” Danimarkada “Midtyulland”la görüşəcək. “Fənərbaxça” evdə “Qrassjoppers”i sınağa çəkəcəksə, “İstanbul Başakşehir”i - “Şaxtyor”la (Ukrayna) çətin matç gözləyir.

Çempionlar Liqası

Pley-off mərhələsi

16 avqust

22:45. “Kopenhagen” (Danimarka) - APOEL (Kipr)

22:45. “Dinamo” (Xorvatiya) - “Zalsburq” (Avstriya)

22:45. “Styaua” (Rumıniya) - “Mançester Siti” (İngiltərə)

22:45. “Ayaks” (Hollandiya) - “Rostov” (Rusiya)

22:45. “Yanq Boyz” (İsveçrə) - “Borussiya” (M, Almaniya)

17 avqust

22:45. “Ludoqorets” (Bolqarıstan) - “Viktoriya” (Çexiya)

22:45. “Seltik” (Şotlandiya) - “Hapoel” (Beyer-Şeva, İsrail)

22:45. “Dandalk” (İrlandiya) - “Legiya” (Polşa)

22:45. “Porto” (Portuqaliya) - “Roma” (İtaliya)

22:45. “Vilyarreal” (İspaniya) - “Monako” (Fransa)

Avropa Liqası

Pley-off mərhələsi

17 avqust

20:00. “Beytar” (İsrail) - “Sent-Etyenn” (Fransa)

18 avqust

18:00. “Astana” (Qazaxıstan) - BATE (Belarus)

20:00. “Dinamo” (Tbilisi, Gürcüstan) - PAOK (Yunanıstan)

20:15. “Sonderyuske” (Danimarka) - “Sparta” (Çexiya)

20:30. “Krasnodar” (Rusiya) - “Partizani” (Albaniya)

20:30. “Midtyulland” (Danimarka) - “Osmanlıspor” (Türkiyə)

21:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Hayduk” (Xorvatiya)

21:00. “Qəbələ” (Azərbaycan) - “Maribor” (Sloveniya)

21:00. “Höteborq” (İsveç) - “Qarabağ” (Azərbaycan)

21:00. “Slaviya” (Çexiya) - “Anderlext” (Belçika)

21:00. AEK (Kipr) - “Slovan” (Çexiya)

21:00. “Austriya” (Vyana, Avstriya) - “Rusenborq” (Norveç)

21:30. “İstanbul Başakşehir” (Türkiyə) - “Şaxtyor” (Ukrayna)

22:00. “Lokomotiv” (Xorvatiya) - “Genk” (Belçika)

22:00. “Panatinaikos” (Yunanıstan) - “Brondbü” (Danimarka)

22:00. “Fənərbaxça” (Türkiyə) - “Qrasshoppers” (İsveçrə)

22:00. “Voyvodina” (Serbiya) - “Alkmaar” (Hollandiya)

22:15. “Astra” (Rumıniya) - “Vest Hem” (İngiltərə)

22:30. “Gent” (Fransa) - “Şkendiya” (Makedoniya)

22:45. “Sassuolo” (İtaliya) - “Srvena Zvezda” (Serbiya)

23:00. “Aruka” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan)

23:05. “Trençin” (Slovakiya) - “Rapid” (Avstriya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR