Uorlik: "Ştatların Dağlıq Qarabağla bağlı qərarları məcburedici qüvvəyə malik deyil"

Uorlik: "Ştatların Dağlıq Qarabağla bağlı qərarları məcburedici qüvvəyə malik deyil"
# 04 mart 2016 15:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Ştat qanunvericiləri tərəfindən Dağlıq Qarabağla bağlı qəbul olunan qərarlar məcburedici qüvvəyə malik deyil və ABŞ-ın xarici siyasətini əks etdirmir”.

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnamə qəbul edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR