REAL-ın iki üzvü 7 sutkalıq həbs edilib

REAL-ın iki üzvü 7 sutkalıq həbs edilib
# 16 avqust 2016 09:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Səbail rayon Məhkəməsində REAL hərəkatının üzvləri – Toğrul İsmayılov və Elşən Qasımovun məhkəməsi keçirilib.

REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlının APA-ya verdiyi məlumata görə, onların hər biri 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onlar ötən gün polis əməkdaşları tərəfindən saxlanılıb.

T. İsmayılov hərəkatın Nəsimi və Səbail məclislərinin sədri, T. Qasımov isə Binəqədi rayon məclisinin sədr müavinidir. Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmamaq) maddəsinə əsasən ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR