Pentaqon: İŞİD-in daha bir lideri öldürülüb

Pentaqon: İŞİD-in daha bir lideri öldürülüb
# 17 sentyabr 2016 09:24 (UTC +04:00)

Bakı - APA. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) koalisiya qüvvələrinin hava hücumları nəticəsində Suriyada İŞİD-in əsas liderlərindən birinin öldürüldüyünü açıqlayıb.

Pentaqon sözçüsü Peter Cook yazılı açıqlmasında bildirib ki, İŞİD-in "informasiya naziri", "Dr. Vail" kimi tanınan Vail Adil Həsən Salman Əl Fayad Rakka yaxınlığında öldürülüb.

"Dr.Vail İŞİD-in işgəncə və edamlarının əks olunduğu videoların hazırlanması və yayılmasına cavabdeh şəxs olub. Bundan başqa, o, İŞİD-in Yüksək Şurasının da üzvü idi. Dr.Vail sentyabrın 7-də öldürülüb", - deyə sözçü bildirib.

Qeyd edək ki, İŞİD Rakkanı "paytaxt" elan edib.

Xatırladaq ki, Pentaqon bundan əvvəl İŞİD-in sözçüsü Məhəmməd Əl Adnaninin avqustun 30-da Suriyanın şimalında həyata keçirilən hava hücumları nəticəsində öldürüldüyünü açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR