“Azər Türk Bank” bank platformasının son versiyasının tətbiqinə başlayıb

“Azər Türk Bank” bank platformasının son versiyasının tətbiqinə başlayıb
# 06 noyabr 2015 08:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azər Türk Bank” daha bir yeniliyə imza atıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Azər Türk Bank” dünyanın qabaqcıl maliyyə institutlarının istifadə etdiyi “Oracle FLEXCUBE” bank platformasının son, 12-ci versiyasının tətbiqinə başlayıb. Korporativ, individual və investisiyaya əsaslanan bankçılıq ucun vahid istehsal mühitini təmin edən bu bank platformasının tətbiqində məqsəd bankın ümumi operativliyinin və effektivliyinin artırılmasını, bank məhsullarının bazara çıxarılma vaxtına qənaət etməklə bank əməliyyatlarının tezləşdirilməsini təmin etməkdir. Bu proqramın tətbiqi ilə müştərilərə onların fərdi tələblərinə uyğun xidmət təklif etmək mümkün olacaq. Bu da müştəri məmnuniyyətinin artırılmasına gətirib çıxaracaq.

Bankdan bildirilib ki, “Oracle FLEXCUBE”un son versiyasının tətbiqi ilə “Azər Türk Bank”ın rəqabət qabiliyyəti daha da yüksələcək, bütün növ bank əməliyyatlarının həyata keçirilməsində davamlılıq təmin ediləcək, xidmətin keyfiyyəti, əməkdaşların məhsuldarlığı artacaq, risklərin idarə edilməsində səmərəliliyin artırılmasına şərait yaranacaq.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR