Bərdədə körpə doğuşdan beş gün sonra ölüb

Bərdədə körpə doğuşdan beş gün sonra ölüb
# 16 fevral 2016 14:44 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Bərdə rayonunda doğuşdan sonra körpə ölümü faktı qeydə alınıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdə rayonunun Şatırlı kənd sakini Qasımova İlahə Ağarza qızının beş gün əvvəl Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində dünyaya gətirdiyi oğlan övladı bu gün ölüb.

Yaxınlarının verdiyi məlumata görə, həkimlər uşağın normal doğulduğunu bildiriblər. Bu gün isə körpənin meyiti onlara təqdim olunub.

Ailə üzvləri körpənin həkim səhlənkarlığına görə öldüyünü iddia ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR