BMT baş katibi: "130 milyon insanın yaşamaq üçün yardıma ehtiyacı var"

BMT baş katibi: "130 milyon insanın yaşamaq üçün yardıma ehtiyacı var"
# 23 may 2016 10:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. "Baş verən ixtilaflar, uzunmüddətli müharibələr, insan haqları pozuntuları səbəbindən BMT-nin gündəmində humanitar məsələlər əsas yer tutur".

APA-nın xəbərinə görə, bunu BMT baş katibi Pan Gi Mun İstanbulda keçirilən Dünya Humanitar Zirvəsində çıxışı zamanı deyib.

BMT baş katibi bildirib ki, bu gün bəşəriyyətin ehtiyacları daha da artır: "130 miylon insanın həyatda qala bilmək üçün yardıma ehtiyacı var. Daha çox insanlar evlərindən uzaqlaşmaq məcburiyyətində qalıblar”.

Pan Gi Mun bildirib ki, humanitar böhranların əngəllənməsi üçün əsas diqqət yetirilməli olan məsələlər ixtilafların həll edilməsi, mülki şəxslərin qorunması, davamlı inkişaf üçün uzunmüdətli fondlar təsis edlimsi və humanitar yardımlara investisiya yatırılmasından ibarətdir: "Son həftə ərzində Ekvadorda yüzlərlə insan zəlzələ nəticəsində öldü, Suriyada onlarla insan bombalandı və qaçmaq məcburiyyətində qaldı. Afrikada milyonlarla insan aclıqdan öldü”.

Baş katib onu da qeyd edib ki, birgə çalışmaqla insanlara həm də şərəflə yaşamaq şansı verilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR