Bakı-APA. Cənubi Koreyada “Zika” virusuna növbəti yoluxma faktı qeydə alınıb.
APA-nın “Renxap” agentliyinə istinadən verdiyi məlumata görə, virus aşkarlanan şəxs 2010-cu ildən Qvatemalada yaşayıb və Cənubi Koreyaya məzuniyyətə gəlib.
İndiyə qədər Cənubi Koreya vətəndaşları arasında “Zika” virusuna yoluxma ilə bağlı 6 fakt qeydə alınıb. Onlardan üçü Filippinə, biri Vyetnama, biri Dominikana, biri isə Braziliyaya səfər zamanı bu xəstəliyə yoluxub.