"Unibank" Qurban bayramı münasibətilə komissiyasız kredit təklif edir

"Unibank" Qurban bayramı münasibətilə komissiyasız kredit təklif edir
# 23 sentyabr 2015 08:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Müqəddəs Qurban bayramı ərəfəsində “Unibank” xüsusi bayram kampaniyaları keçirir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Unibank” yalnız bir gün – sentyabrın 23-də kreditləri komissiyasız edib.

10.000 manatadək 0% komissiyalı kredit götürmək istəyənlər “Unibank” filiallarına müraciət edə bilər. Bu xüsusi bayram aksiyası həm manat, həm də dollar kreditlərinə şamil olunur.

“Albalı plus” kart sahiblərini də bayram günlərində sürpriz gözləyir. Sentyabrın 24-dən 27-dək “Albalı plus” kartı ilə 3 ay və daha uzun müddətə alış-veriş edən hər kəsə “Unibank”dan əlavə bir ay hədiyyə olunacaq.

“Unibank” hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR