Bakıda 41 yaşlı kişi bıçaqlanıb

Bakıda 41 yaşlı kişi bıçaqlanıb
# 19 aprel 2016 01:54 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, Yeni Yasamal yaşayış massivində yaşayan 41 yaşlı Zaur Abdulov qarının kəslimiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Zaur Abdulovun bıçaqlandığı məlum olub.

Faktla bağlı polis orqanlarına məlumat verilib. Əməliyyat olunan yaralının ifadəsini almaq hələlik mümkün olmadığından, hadisənin hansı səbəbdən baş verdiyi və kim tərəfindən törədildiyi məlum deyil.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR