Beynəlxalq Muğam Mərkəzində “Mahnıdan-Şarkıya” adlı konsert keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində “Mahnıdan-Şarkıya” adlı konsert keçiriləcək
# 08 oktyabr 2015 15:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrn 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) birgə layihəsi olan “Mahnıdan - Şarkıya” adlı konsert keçiriləcək.

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, türkiyəli sənətçilər Çiğdem Gürdal (vokal), Oya Ergün (vokal), Ali Burç (ritim saz), Evren Turna (keman), Onur Akkuş (ud), Deniz Göktaş (qanun), həmçinin Şəhla Ələkbərovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına Xorunun iştirakı ilə Heydər Əliyevin məşhur “Bir millət iki dövlət” devizi altında keçiriləcək konsertdə Azərbaycan və Türk bəstəkarlarının mahnıları səslənəcək.

“Mahnıdan - Şarkıya” konserti Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin birgə “6 bəstəkar və 6 şair” adlı birgə-layihəsi əsasında həyata keçiriləcək.

Layihədə türk bəstəkarlar Faruk Şahin, Zekai Tuncay, Pinar Göksal, Ugur Top, Özgen Gürbüz və Yaşar Bedük Azərbaycan poeziyasının görkəmli nümayəndələri Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə və Zəlimxan Yaqubun şeirlərinə mahnı bəstələyiblər.

O cümlədən Azərbaycan bəstəkarları Firəngiz Əlizadə, Həsənağa Adıgözəlzadə, Cavanşir Quliyev, Cəlal Abbasov, Sərdar Fərəcov və Elza Seyidcahan İLESAM-ın təqdimatı ilə Durmuş Kaya, Nedim Ucar, Serdar Öncül, Sevinc Atan, Sevim Yakıcı və Əkrəm Yalbuzun şeirlərinə musiqi bəstələyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR