“DəmirBank” müştərilərə bonuslarını “Visa Electron” kartına dəyişməyi təklif edir

“DəmirBank” müştərilərə bonuslarını “Visa Electron” kartına dəyişməyi təklif edir
# 11 may 2016 14:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Müştərilərini mütəmadi olaraq müxtəlif kampaniyalarla sevindirən “DəmirBank” bu dəfə “Hesab.az” ödəniş portalının istifadəçilərinə etdikləri ödənişlərə görə topladıqları bonusları bankın “Visa Electron” plastik kartına dəyişmək imkanını yaradıb. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, aprelin 21-də başlamış kampaniya böyük maraqla qarşılanıb.

Müştərilərin istək və müraciətlərini nəzərə alaraq, aksiyanın uzadılmasına qərar verilib.

Kampaniyanın şərtlərinə görə, “Hesab.az” istifadəçiləri saytın “Dərhal Dəyiş” bölməsinə daxil olmaqla 30 min bonus müqabilində “DəmirBank”ın “Visa Electron” debet kartını əldə edə bilərlər. Kart bir illik verilir. Həmçinin, “Hesab.az” saytında “DəmirBank” kartları ilə ödəniş edən bütün istifadəçilər iki qat bonus qazanır.

“DəmirBank”ın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində 50 milyondan çox ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan nağdsız ödənişini həyata keçirmək mümkündür.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR