Nigeriyada qaz emalı zavodunda partlayış nəticəsində azı 100 nəfər ölüb

Nigeriyada qaz emalı zavodunda partlayış nəticəsində azı 100 nəfər ölüb
# 25 dekabr 2015 00:47 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın cənubunda qaz emalı zavodunda baş vermiş partlayış nəticəsində azı 100 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Anambra ştatının Nnevi şəhərində baş vermiş insidentin əvvəlində müəssisədə olan fəhlələrdən altısı ölüb. Güclü partlayışdan sonra yaranan yanğın yaxınlıqdakı evlərə keçib, nəticədə, azı 100 nəfər ölüb. Bir neçə şəxs ağır xəsarətlərlə xəstəxanalara çatdırılıb.

İlkin məlumata görə, yanğın qaz balonunun partlaması səbəbindən baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR