"Akkord" zavodlarından birinin Müşahidə Şurası və İdarə Heyətini ləğv edir

"Akkord" zavodlarından birinin Müşahidə Şurası və İdarə Heyətini ləğv edir
# 14 aprel 2016 08:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyunun 1-də “Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

APA-Economics” xəbər verir ki, yığıncağın gündəliyinə Müşahidə Şurası və İdarə Heyətinin ləğv edilməsi, təkbaşçı icra orqanının (direktor) yaradılması, cəmiyyətin nizamnaməsinə müvafiq əlavə və dəyişikliklərin edilməsi, habelə nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi daxildir.

Bundan başqa yığıncaqda “Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC-nin təsis sənədlərinə edilən dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi, illik hesabatın təsdiq edilməsi və cari məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR