Tayvanda zəlzələdə ölənlərin sayı 35-ə yüksəlib, 117 nəfərin taleyindən xəbər yoxdur - YENİLƏNİB-1

Tayvanda zəlzələdə ölənlərin sayı 35-ə yüksəlib, 117 nəfərin taleyindən xəbər yoxdur - <span style="color: red;">YENİLƏNİB-1
# 08 fevral 2016 06:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Tayvanın cənub hissəsində baş verən zəlzələ zamanı ölənlərin sayı 35 nəfərə çatıb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, 117 nəfərin taleyi barədə isə hələlik heç bir məlumat yoxdur. Ölən və itkin düşənlərin əksəriyyəti 17 mərtəbəli binanın dağıntıları altında qalanlardır. Xilasedicilər binanın dağıntıları altında qalanları qurtarmaq üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. İki sutka ərzində dağıntılar altından yalnız bir kişi və bir qadını xilas etmək mümkün olub.

Xatırladaq ki, 6,4 ballıq zəlzələ fevralın 6-da səhər saatlarında baş verib. Zəlzələnin episentri Tayvanın 43 km cənub-şərqində yerləşib. Zəlzələ ocağı 23 km dərinlikdə olub.

***

07 fevral saat 16.00

Bakı - APA. Tayvanın cənubunda baş verən güclü zəlzələdə ölənlərin sayı 26-ya yüksəlib.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, 100-dən çox insan itkin düşmüş sayılır.

Taynan şəhərində 170-dən çox insan isə “Qızıl əjdaha” yaşayış kompleksindəki 17 mərtəbəli binanın dağıntıları altından çıxarılaraq xəstəxanalara yerləşdirilib.

***

06 fevral saat 20.55

Bakı-APA. Tayvanda bu gün baş vermiş güclü zəlzələ qurbanlarının sayı 14 nəfərə çatıb, 156 nəfər itkin düşmüş hesab edilir. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Tayvanın Mərkəzi İnformasiya Agentliyinin məlumatına əsasən, təbii fəlakət nəticəsində daha 484 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Tayvan adasının cənubunda 6,7 bal gücündə zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR